Çərşənbə axşamı , İyul 7 2026
azfa

Azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs üçün zindana salındılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 6-da azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs cəzasını çəkmək üçün zindana salındılar.

Qeyd edək ki, ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da rejimin terrorçu Sepahının təhlükəsizlik qurumu tərəfindən yaxalanıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdılar.

Azərbaycanlı fəallar şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən keçən ilin avqust ayında 6 ay həbsə məhkum edilmişlər. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətində yerləşən Apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Azərbaycanlı fəallar “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşlar.

Cəfər İsmailzadə Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanmışdır.

Həmçinin yoxlayın

Tramp: Ya razılığa gələcəyik, ya da işi birdəfəlik bitirəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp İran barədə danışarkən bildirib ki, ya razılıq əldə olunacaq, ya …

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan Xarici İşlər …

Bir cavab yazın