Bazar , Oktyabr 4 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalları orta əsr üsulu ilə şallaqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi beynəlxalq qanunlara zidd olanraq orta əsr üsulu ilə 2 azərbaycanlı milli fəalı Urmiyada şallaqladı.

Molla rejimi həmçinin fəallara qarşı cərimə hökmünü icra edib. İyunun 8-də Urmiya məhkəməsinin Hökmləri İcra Edən Bölməsi azərbaycanlı milli fəallar Əli Əzizi və Elyar Hüseynzadəyə 20 şallaq vurdurub.

Qeyd edək ki, Urmiyada 2 Saylı Cinayət Məhkəməsinin 101-ci şöbəsi Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşar barəsində 2019-cu il noyabr etirazlarında iştirak etmə ittihamına görə şallaq və 1.5 milyon tümən cərimə qərarı çıxarmışdı.

Azərbaycanlı fəallar şərlənərək “Ümumi asayişi pozmaq”da ittiham olunmuşlar. Bu saxta ittihamla onlara 8 ay həbsi əvəz edən 1.5 milyon tümən nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilmişdi. Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşara qarşı çıxarılan cəzalar üç il sınaq müddəti olmaqla şərti hesab edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs …

Türkiyənin milli “KAAN” qırıcısı sınaq uçuşuna hazırlanır

GADTB: Türkiyənin “TUSAŞ” şirkətinin baş direktoru Məhəmməd Dəmiroğlu bildirib ki, milli “KAAN” qırıcısının yeni prototipi …

Bir cavab yazın