
GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı milli fəal Tohid Əmirəmini Ərdəbil zindanının təhlükəsizlik bölməsinə köçürülüb.
Molla rejimin ETTELAAT məmurları iyunun 17-də heç bir məhkəmə hökmü olmadan azərbaycanlı milli fəalı döyərək həbs ediblər.
Milli fəal şərlənərək ona qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl 21 fevral 2019-cu ildə Tehranda “Beynəlxalq Ana Dili Günü” münasibətilə mədəni tədbirə Tohid Əmirəmini həbs edilib və 4 ildən çox həbsdə qalıb.