Çərşənbə , İyun 17 2026
azfa

İsrailin hücumları Şərqi Azərbaycanda sənaye bölmələriə ziyan vurmayıb

GADTB: İsrailin Güney Azərbaycana, xüsusən də Təbrizdəki hərbi mövqelərə hava zərbələri endirməsinə baxmayaraq, Şərqi Azərbaycan vilayətinin sənaye bölmələrində yerləşən bütün sənaye birlikləri fəaliyyətini davam etdirib və bu şəhərlərdə heç bir insani və ya maddi tələfat qeydə alınmayıb.

Şərqi Azərbaycan Sənaye Şəhərcikləri Şirkətinin baş direktoru Söhrab Feyzzadə bu barədə açıqlama verib.

Söhrab Feyzzadə deyib:”Əyalətin 60 fəal sənaye şəhərciyi və 4342 sənaye vahidi fəaliyyət göstərir. Bəzi sənaye obyektlərinin ətrafına sursatlar düşsə də bu onların fəaliyyətini dayandırmayıb.”

Feyzzadənin sözlərinə görə, yalnız bir halda əyalətin bir sənaye şəhərciyinin fəaliyyəti təhlükəsizlik qurumlarının qərarı ilə bir neçə günlük dayandırılıb. O, bu sənaye şəhərciyinin adı və bu sənaye şəhərciyində nə istehsal olunduğu barədə məlumat verməyib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …