Çərşənbə , Yanvar 15 2025
azfa

Azərbaycanlı milli fəallar həbsdən yenicə çıxan azərbaycanlı fəal Sudi ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda milli-mədəni fəallar həbsdən yenicə çıxan azərbaycanlı milli-mədəni fəal Musa Sudi ilə görüşüblər.

Qeyd edək ki, iyun ayının 4-də Ərdəbildən olan azərbaycanlı milli-mədəni Musa Sudi 7 ay həbs müddətini çəkdikdən sonra azadlığa çıxıb. Fəal heç bir günahı olmadan Azərbaycanın Traxtur futbol komandasının yarışında yaxalanıb, həbsə məhkum edilmişdir.

Yaxalanan fəal sistem əleyhinə təbliğdə ittiham edilərək 7 ay həbsə məhkum edilmiş və Təbriz zindanına salınmışdır.

Traxturla Əlcəzirənin yarışında yüz nəfərə yaxın azərbaycanlı yaxalanmışdır və onlardan bəzisi həbsə məhkum edildi. Musa Sudi də heç bir günahı olmadan irqçi fars rejimi tərəfindən 7 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın