Bazar , Oktyabr 25 2026
azfa

“Boeing” şirkəti İran adlanan ölkəyə təyyarə satışından imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Boeing” korporasiyası sanksiyalar səbəbindən İran adlanan ölkəyə təyyarə satışından imtina edib. Bu barədə “Agence France-Presse”ə (AFP) açıqlamasında “Boeing”in rəsmi nümayəndəsi bildirib.

“Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik”, – rəsmi nümayəndə deyib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra “Boeing” “Iran Air” və “Iran Aseman Airlines” aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın