GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən fevralın 14-ü azərbaycanlı milli fəallar Təbrizdə Türkiyə konsulluğuna zəlzələ bölgəsi üçün yardım aparıblar.
Azərbaycanlı fəallar Azərbaycan türk millətinin topladığı yardımları Türkiyə Cümhuriyyətinin Təbrizdəki Konsulluğuna təhvil veriblər.
Azərbaycanlı fəalların hədiyyə etdiyi 250 adyal Kərim Boksər tərəfindən Türkiyənin Təbrizdəki konsulluğuna çatdırılıb. Nümayəndələrlə görüşdə Kərim Boksər türk xalqına başsağlığı verib və yaxın günlərdə Türkiyə konsulluğuna yardımların davam etdiriləcəyini bildirib.
Azərbaycan türk xalqına minnətdarlığını bildirən Türkiyənin Təbrizdəki konsulluğunun rəhbəri çadırlara, çənlərə və istilik avadanlıqlarına ehtiyacı prioritet hesab edib.
Qeyd edək ki, bundan bir gün öncə isə Urmiyada azərbaycanlı fəallar topladıqları yardımı Türkiyə konsulluğuna çatdırmışdılar.