Çərşənbə , Sentyabr 9 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizin Mərkəzi Zindanına salındı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi 2018-ci il oktyabr ayının 29-da ailəsi ilə qısa telefon əlaqəsində irqçi fars rejimin Təbrizdə yerləşən zindanına salındığını bildirib.

Məlumata görə, azərbaycanlı fəal bu gün rejimin Təbriz şəhərində yerləşən İnqilab Məhkəməsinə aparılmalı idi. Lakin rejimin Sepah qüvvələrinin rəsmiləri onu məhkəməyə aparmaqdan imtina ediblər. Nəsim Sadiqinin ailəsi isə fəalı məhkəmədə bir neçə saat gözləyiblər.

Fəalın ailəsi təyin edilən mülki vəsiqəni təqdim edib, onun zindana salınmasına etiraz ediblər. Lakin təqdim olunan vəsiqə məhkəmə tərəfindən qəbul olunmayıb. Məmurlar Sadiqi ailəsinə bildiriblər ki, hələlik dosye təkmilləşməyib və müttəhimə qarşı yeni ittihamlar irəli sürülə bilər.

Qeyd edək ki, məhkəmə bundan əvvəl azərbaycanlı fəal Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıblar.

Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün 2018-ci il oktyabr ayının 21-də evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefon, kompüter, kitab və əlyazmaları müsadirə ediblər.

Rejimin Sepah qüvvələrinin təhlükəsizlik bölməsinin məhkəməyə təzyiqi nəticəsində fəalın azadlığa buraxılmasına mane olub. Fəalı indi də rejimin Sepah qüvvələri zindana salıb.

 

Həmçinin yoxlayın

Ceyhun Bayramov: TRIPP-in icrası ilə bağlı ABŞ Azərbaycanı mütəmadi məlumatlandırır

GADTB: TRIPP layihəsində müxtəlif tərəflər var, əsas danışıqlar isə Ermənistan və ABŞ arasında keçirilir. Bunu …

ABŞ və üç Qərb dövləti İranın nüvə məsələsinin yenidən BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün qətnamə layihəsi hazırlayıb

GADTB: ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurasına təqdim …

Bir cavab yazın