Çərşənbə , Avqust 19 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkiyənin Cümhuriyyət günü münasibətilə təbrik mesajı

GADTB: Bu gün 29 oktyabr Türk Dünyasının güclü ölkəsi və dünya türklərinin ümid yeri – Türkiyədə Cümhuriyyət Günü qeyd edilir.

Dünyanın böyük dövlətlərinin Osmanlı dövlətinə hər tərəfdən hücuma keçməsi I Dünya müharibəsində böyük türk dövlətinin böyük hissəsinin işğalı ilə nəticələndi. Lakin Mustafa Kamal Atatürkün öndərliyində 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşı başlandı. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə türk milləti milli mücadilənin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Cümhuriyyəti elan olunub.

Türk Dünyasının böyük dövləti və türklərin ümid yeri Türkiyənin Cümhuriyyət bayramının təkcə Türkiyənin türk millətinin deyil, bütün dünya türklərinin bayramı olduğu kimsədə şübhə doğurmur. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu bayram münasibətilə Türkiyə dövlətini, türk millətini və ümumiyyətlə Türk Dünyasını təbrik edib və Türkiyənin daha da güclənməsini arzu edir. Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranması millətimizin və Güney Azərbaycan Demokratik Türk Birliyinin əsas amacıdır və bu istiqamətdə haqlı mübarizəmiz davam edir.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Azərbaycan Rusiya səfirini etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov …

Bir cavab yazın