Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Soheyl Deyrinin zaminə buraxılması üçün vəsiqə təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bir neçə gün öncə irqçi fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Soheyl Deyrinin zaminə buraxılması üçün rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsi tərəfindən 150 milyon tümənlik mülki vəsiqə təyin edilib.

Məlumata görə, Urmiya sakini olan azərbaycanlı fəal Soheyl Deyri yalan iddialarla “nizam əleyhinə təbliğdə” ittiham edilib. Lakin zaminə buraxılması üçüm mülki vəsiqə təyin edilsə də hələlik sərbəst buraxılmayıb.

Qeyd edtmək lazımdır ki, Soheyl Deyri 2018-ci il fevral ayının 5-də irqçi fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və naməlum istiqamətə aparılmışdır. Fəalın yaxınları onun həbsinin sosial şəbəkələrdə mədəni fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın