Şənbə , Aprel 20 2024
azfa

Afrinə ABŞ yardımı ilə yeni terrorçu kürdlər gətirildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, terrorçu PKK yuvası Qəndil, mindən çox terrorçunun öldürüldüyü Afrinə kömək üçün 600 terrorçu göndərib. PKK-lı terrorçular Menbiç və Kobani kimi regionlardan “vətəndaşların həmrəylik səfəri” adı altında rayona avtomobil konvoyu ilə gəliblər. Terrorçular Əsəd rejiminin nəzarət etdiyi yoldan istifadə edərək Afrinə girə biliblər.

Terror təşkilatı YPG/PYD, “Zeytun Budağı” hərəkatında sayı minə yaxınlaşan terrorçu itkisini kompensasiya etmək üçün, 600 PKK-lı terrorçunu mülki əhalinin müşayiəti ilə Afrinə keçirə bilib.

ABŞ-ın nəzarətindəki Menbiç və Kobanidə toplanan terrorçular dünən gecə yola çıxıb. Rusiya və Suriya rejiminin nəzarətindəki Tel Rifat rayonundan keçən terror dəstəsi Afrinə daxil olub. Etibarlı mənbələrdən alınan məlumatlara görə, TSK və xüsusi xidmət orqanları havadan izlədiyi terror dəstəyini, pilotsuz aparat və peyk görüntüləri ilə analiz edib. Avtomobil konvoyunda neçə mülki vətəndaş, neçə terrorçu və nə qədər silah olduğu müəyyən edilərək, ətraflı dəyərləndirmələr aparılıb. Terror təşkilatı bir tərəfdən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək üçün “günahsız insanlar qətlə yetirilir” təbliğatı apararkən, digər tərəfdən də TSK-nin öldürməyəcəyini bildiyi vətəndaşları terror konvoyuna qalxan edib. Konvoyun içinə terror təşkilatının təzyiq və təhdidi ilə məmur və tələbələrin də zorla daxil edildiyi qeyd olunub.

SİLAH ABŞ-dan

Terror təşkilatının, Afrinə “həmrəylik” adı altında göndərilən konvoyun hazırlıqlarına ötən həftədən etibarən başladığı bildirilir. Konvoyda iştirak etmək üçün təşkilatın nəzarətindəki ərazilər – Menbiç, Qamışlı, Dırbasiye, Maliyə, Haseke və Kahtaniyeden çıxan avtomobillər Kobanidə toplaşıb. Burada müxtəlif bölgələrdən gələn PKK-nın döyüş təcrübəsi olan terrorçuları tərəfindən silah və sursatlar maşınlara yüklənərək konvoya daxil edilib. Bu səbəblə terror dəstəsi yola gecə çıxıb. Konvoya Afrindəki terrorçuların xüsusilə istədiyi zenith raket sistemlərinin də yerləşdirildiyi qeyd edilib.

Qəndildən gələn PKK-çılar döyüşləri davam etdirməyə səsləsələr də, Afrindəkilər itkilərin mini keçdiyini deyərək, geri çəkilməyi təklif edib.

Məlumata görə, öldürülən terrorçu sayının minə yaxınlaşması terror qruplaşması sıralarında xaos yaradıb. Qruplaşmanın işğalında olan Cinderes bölgəsində PKK-nın Qəndil və Afrin qolları arasında atışma baş verib.

“Afrinlilər sayları 600-dən çox olan Qəndil qrupuna “Bölgədən çıxın! Daha çox qan axdıqca qarşılıqlı intiqam hissi də artacaq” dedilər. Minlərlə afrinli mülki şəxslərin qarşıdurmalar zamanı ortalıqda qalacağını bildirdilər. Afrinli qrup həmçinin “Türkiyə ilə aramızda qan davası yoxdur. Biz sivillərimizin və bölgələrimizin zərər çəkməsini istəmirik” dedi. Qəndildən göndərilmiş “Azad” kod adlı terrorçu ilə Əbu Cümə Bənnavi arasında mübahisə getdikcə şiddətləndi. Qəndil qrupu qarşı tərəfi xəyanətdə ittiham etdi. İki qrup arasında silahlı qarşıdurma baş verdi. Cinderesdən başqa oxşar gərginlik Şeyx Hədid və Racoda da yaşandı”, – afrinli jurnalist Məsud İbo bildirib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın