Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı öyrənci Avropada mükafata layiq görülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbriz Universitetinin Bədən Tərbiyəsi və İdman Elmləri Fakültəsinin hərəkət davranışı üzrə doktorantı Kosər Abbaspur Avropa İdman Elmləri Kollecinin (ECSS) 28-ci İllik Konqresinin mükafatına layiq görülüb.

Güney Azərbaycanda mətbuatın yazdığına görə, o “hərəkət təsvirinin iki rejimi və badmintonçuların hərəkətlərinin faktiki performansı ilə bağlı qərarların qəbulunda informasiyanın işlənməsi zamanı beyin siqnallarının fəaliyyətinin araşdırılması” adlı məqaləsinə görə mükafatlandırılıb.

Avropa İdman Elmləri Kollecinin 28-ci illik konqresi 4-7 iyul 2023-cü il tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək və təbrizli tələbənin mükafatı həmin mərasimdə təqdim ediləcək.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …