Şənbə , May 18 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əkbər Nəimi və Tohid Əmirəmini barədə “Radiofərda”ya müsahibə- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpur Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusların durumu barədə “Radiofərda”ya müsahibə verib.

Həkkakpur müsahibəsində Evin zindanın 4-cü bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Əkbər Nəimi və Tohid Əmir Əminiyə qarşı İranın ETTELAAT İdarəsinin basqıları, onların qanunda nəzərdə tutulmuş tibbi məzuniyyətə göndərilmələrinə icazə verilməməsini və başqa bu kimi hərəkətləri qanunsuz adlandırıb.

Yaşar Həkkakpur deyib: “Biz İranda öz ana dilində dərs keçmək istəyənlərin ağır repressiyaya məruz qaldığı və həbs edildiyi prosesin şahidi oluruq. Beynəlxalq Ana Dili Günü münasibəti ilə dinc yolla öz ana dilini öyrətməyə və yaşatmağa çalışan bir şəxsin həbsi və işgəncəyə məruz qalması azad dünyada rasionallıqdan, irrasionallıqdan uzaqdır. Biz Azərbaycanın insan haqlarının müdafiəçiləri olaraq İran hökumətindən bu iki siyasi məhbusun qeyd-şərtsiz və şərti olaraq azad edilməsini tələb edirik”.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan Dərnəyi”nin qurucularından biri olub. Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

Azərbaycanlı fəal Tövhid Əmir Əmini iləisə Kiyanuş Aslani ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …