Çərşənbə , Oktyabr 21 2026
azfa

İran məhkəməsi azərbaycanlı fəal Yusif Sələhşuru həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur barədə yeni hökm çıxarıb.

Rejimin məhkəməsi azərbaycanlı milli fəalı 1 il həbs cəzasına məhkum etməklə yanaşı onun sosial şəbəkələrdə fəaliyyəti və ölkədən çıxmasına 2 il müddətinə qadağa qoyub.

Qərar İnqilab Məhkəməsinin 2-cü şöbəsinin sədri Fəthnəjad tərəfindən çıxarılıb və şifahi olaraq Yusif Sələhşurun vəkili Əsgər Məhəmmədiyə bildirilib.

Bundan öncə Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı bölməsində Əli Əhmədinin başçılığı ilə keçirilən məhkəmə toplantısında Təbrizdə yaşayan milli-mədəni fəal Yusif Sələhşur barədə yeni qərar çıxarılaraq, milli fəala qarşı irəli sürülən “səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq” ittihamından bərat hökmü vermişdi.

Qeyd edək ki, Yusif Sələhşur Təbrizdə etirazlarla bağlı iyulun 25-də rejimin təhlükəsizlik məmurları tərəfindən Təbrizdə yaxalanmışdı.

Azərbaycanlı fəal dindiriləndən sonra 11 avqustda Təbrizdə zindana köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

İyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarının keçirilməsi zamanı Yusif Sələhşurla yanaşı çox sayda azərbaycanlı fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …