Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyəti artırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyəti artırılıb.

Bu gün azərbaycanlı siyasi məhbus öz yaxınların zəng edərək bildirib ki, o bu gün tibbi sənədləri təqdim etmək üçün Baharistanın Ümumi və İnqilab Məhkəməsinin Qərarları İcra edən ikinci şöbəsinə müraciət edib və onun tibbi məzuniyyəti bir həftə artırılıb.

Qeyd edək ki, Tehranın “Fəşafuyə” zindanında həbsdə Əlirza Fərşi yanvarın 9-da 600 milyon tümənlik girov qarşılığında tibbi məzuniyyətə çıxmışdı.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən azərbaycanlı siyasi məhbus 18 günlük tibbi məzuniyyətinə buraxılmışdı.

Azərbaycanlı siyasi məhbus daha öncə məhkəmə sisteminin məsullarına müalicəsi üçün tibbi məzuniyyət verilməsi üçün yazılı və açıq məktubla müraciət edərək, göz əməliyyatına ehtiyacını olduğunu, ikinci dərəcəli şəkər xəstəliyindən və yüksək qan təziyiqindən əziyyət çəkdiyini bildirmişdi.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın “Fəşafuyə” zindanında həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …