Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejiminin təhlükəsizlik orqanına çağırdığı azərbaycanlı fəal Məhəmməd Eynidən məlumat yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin yanvarın 23-də təhlükəsizlik orqanına çağırdığı azərbaycanlı fəal Məhəmməd Eynidən heç bir məlumat yoxdur.

Azərbaycanlı fəalın taleyindən narahat olan doğmaları bildiriblər ki, əlaqədar qurumlar azərbaycanlı milli fəal barəsində hər hansı açıqlama verirlər.

Qeyd edək ki, Rəşt şəhərində yaşayan azərbaycanlı fəal Məhəmməd Eyni öz İnstagram səhifəsində paylaşım edərək yazmışdı ki, təhlükəszlik orqanlarından mənimlə əlaqə saxlayıb və məni idarəyə çağırıblar.

Azərbaycanlı fəal bildirmişdi ki, onunla əlaqə saxlayıblar və bildiriblər ki, yanvar ayının 23-də Rəştdə təhlükəsizlik idarəsinə müraciət edim. Çağırılmamın qanunsuz olmasını bilsəm də çağrıldıəğıma görəm həmin tarixdə qeyd olunan yerdə olacağam.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …