Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı siyasi məhbus zindanda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı siyasi məhbus Mehdi Sane Fərşi Güney Azərbaycanın Urmiya şəhərində rejimin zindanında aprelin 4-dən aclıq aksiyasına başlayıb.

Azərbaycanlı siyasi məhbus zindanın müdiriyyətinin məhbuslara qarşı basqılarına, haqlarının pozulması və şəxsi əşyalarının nəzarətçilər tərəfindən götürülməsinə etiraz əlaməti olaraq aclıq etirazına başlayıb.

Mehdi Sane Fərşi 2020-ci il  noyabrın 12-də İranın Urmiyadakı İnqilab Məhkəməsi tərəfindən “Müxalif təşkilata üzv olmaq” və “Hökumətə qarşı təbliğat fəaliyyəti” ittihamına görə 5 il 6 ay həbs cəzasına məhkum olunub.

Mehdi Sane Fərşi barəsində çıxarılan hökm rejimin Qərbi Azərbaycandakı Apellyasiya Məhkəməsi tərəfindən 2020-ci dekabrın 17-də qüvvədə saxlanılıb. Qeyd edək ki, Mehdi Sane Fərşi 17 avqust 2020-ci ildə anasını görmək üçün Türkiyədən İrana gəldiyi zaman İranın ETTELAAT orqanları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almasaydıq, indiyədək dağıdıcı nüvə silahlarından istifadə etmiş olardı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almağı özünün …