GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar divarlara şüarlar yazmaqla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb etmişlər.
Qeyd edək ki, son illər azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artımış və çox sayda milli fəal, o cümlədən Lətif Həsəni, Abbas Lisani, Tohid Əmir Əmini, Cəfər Rüstəmi, Kiyanuş Əmir Əslani, Əmir Səttari, Yunis Qulizadə, Cəfər İsmailzadə, Milad İsmailzadə, Yusif Kari və s. milli fəallar irqçi fars rejim tərəfindən şərlənərək zindanda salınmışlar.
Həmçinin azərbaycanlı milli fəallardan Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi-nadarlı, Məhəməd Məhmudi, Yaşar və Ruzbeh Piri, Meysəm Colani bu yaxınlarda məhkəmə tərəfindən həbs və sürgünə məhkum ediliblər. Onlardan 4 nəfərinin hökmü Apelyasiya məhkəməsində təsdiq edilib.
Bundan əlavə Əkbər muhaciri, Əli və rəza Vasiqi, Davud və Əyub Şiri, Şahin Bərzgər, Nasir Xulusi, Babək Hüseyni Muqədəm, Əli Əzizi, Səccad Şəhiri Vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıblar.