Bazar ertəsi , İyun 15 2026
azfa

Azərbaycanlı siyasi və mədəni fəalların həbs hökmlərinin ləğvi tələbi ilə petisiya yayımlandı

GADTB: Bir qrup mədəni fəalı və sakin tərəfindən yayımlanan petisiyada azərbaycanlı siyasi, vətəndaş və mədəni fəallar barəsində çıxarılmış hökmlərin ləğv edilməsi və bütün azərbaycanlı siyasi və vətəndaş məhbusların azadlığa buraxılması tələb olunub.

1405-ci ilin 13 xordad tarixində yayımlanan petisiyada imzaçılar azərbaycanlı fəalların saxlanılması, mühakimə olunması və onlar haqqında ağır həbs hökmlərinin çıxarılmasından narahatlıqlarını ifadə ediblər. Sənəddə vurğulanır ki, dinc şəkildə həyata keçirilən vətəndaş, mədəni, kimlik və etiraz fəaliyyəti cinayət kimi qiymətləndirilməməlidir.

Petisiyada qeyd olunur ki, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən 13 azərbaycanlı fəal haqqında verilmiş həbs hökmləri qüvvədə saxlanılıb və həmin hökmlərin ümumi müddəti 81 ildən artıqdır.

İmzaçılar həmçinin Əli Babayi və Həbib Mehri ilə bağlı məhkəmə işlərinə toxunaraq, bu hökmləri azərbaycanlı fəallara qarşı təhlükəsizlik yönümlü təzyiqlərin davamı kimi qiymətləndiriblər.

Petisiyada İran hakimiyyətindən çıxarılmış hökmlərin ləğv olunması, azərbaycanlı siyasi və vətəndaş məhbusların azad edilməsi, eləcə də vətəndaş və mədəni fəaliyyətlərə qarşı təhlükəsizlik ittihamlarından istifadə edilməsinə son qoyulması tələb olunur.

Sənədin digər hissəsində isə beynəlxalq insan hüquqları təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatınin İran üzrə xüsusi məruzəçisinə və söz azadlığını müdafiə edən qurumlara müraciət edilərək bu hökmlərin ləğvi və azərbaycanlı məhbusların azadlığa buraxılması istiqamətində addımlar atmağa, həmçinin Güney Azərbaycandakı insan hüquqları vəziyyətinə münasibət bildirməyə çağırış edilib.

Petisiyanın imzalanması üçün səhifə:

https://www.daadkhast.org/fa/petition/6548/

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …