Cümə axşamı , Oktyabr 15 2026
azfa

ABŞ İranla ehtimal edilən razılaşma üçün nüvə ekspertləri qrupu formalaşdırır

GADTB: ABŞ administrasiyası İranla ehtimal edilən nüvə razılaşmasının həyata keçirilməsi üçün texniki hazırlıqlara başlayıb.

Axios nəşrinin məlumatına görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkpf və Ağ Evin müşaviri Cared Kuşner Tennessi ştatında yerləşən Oak Ridge Milli Laboratoriyasına səfər edərək potensial razılaşmanın icrasında iştirak edə biləcək mütəxəssislərlə görüşüblər.

Tramp administrasiyası Tehranla hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirəcək və İranın nüvə proqramı üzrə genişmiqyaslı danışıqlara zəmin yaradacaq anlaşma memorandumu əldə etməyə çalışır.

Bu məqsədlə uranın emalı, sentrifuqa texnologiyaları, monitorinq və yoxlama mexanizmləri sahələrində fəaliyyət göstərən təxminən 100 mütəxəssisdən ibarət işçi qrupunun formalaşdırıldığı bildirilir. / Azad İran

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …