Cümə , Oktyabr 16 2026
azfa

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb.

İsrailin “Maariv” qəzeti yeni raketin bölgədəki hərbi vəziyyəti dəyişdirə biləcəyini bildirib.

Nəşr həmçinin Türkiyənin daha uzaq mənzilli layihələr üzərində işlədiyini də yazıb.

Qəzetin təhlilində bildirilib ki, İHA-230 pilotsuz uçuş aparatlarından (PUA) atıla bilən səsdən sürətli raketdir və xüsusi olaraq hücum tipli PUA-larla istifadə üçün nəzərdə tutulub.

Məlumata görə, İHA-230 150 kilometrdən çox məsafədəki hədəfləri vura bilir. Onun mənzilinin buraxılış platformasının hündürlüyündən və sürətindən asılı olaraq dəyişsə də, elektron müharibə mühitində yüksək dəqiqliklə işləyə biləcəyi də qeyd olunur.

Həmçinin yoxlayın

Molla rejimin Pərçində nüvə silahı istehsalı ilə əlaqəli obyekti sürətlə bərpa etdiyi üzə çıxıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı ilin oktyabrına aid yeni peyk görüntülərini yayımlayaraq bildirib …

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …