Çərşənbə axşamı , May 13 2025
azfa

Azərbaycanlı vəkil Süngün Mis Mədənini talayan İran podratçıları tərəfindən məhkəməyə verilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı müstəmləkə edib mədənlərini talayan İran rejiminin Süngün Mis Mədənini talayan İran podratçıları azərbaycanlı vəkil Əsğər Məhəmmədini məhkəmə veriblər.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Sina Yusifinin bununla bağlı bildirdiyinə görə azərbaycanlı vəkil Süngün Mis Mədəni işçilərinin hüquqlarını müdafiə etdiyi üçün təzyiqlərə məruz qalıb.

Azərbaycanlı vəkil “Yalan yayma, iftira və təhqir” ittihamı ilə molla rejiminin Vərziğanda yerləşən Cinayət Məhkəməsinə müraciət etməlidir.

Azərbaycanlı vəkil Əsğər Məhəmmədini Süngün Mis Mədəni işçilərinin pozulan hüquqlarını qoruyub bərpa etdiyi üçün qarətçi rejim tərəfindən təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, Əsgər Məhəmmədi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvüdür. Vəkil onlarla siyasi və mədəni fəalın məhkəmə iclasında müdafiəçi kimi çıxış edib.

Həmçinin yoxlayın

Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyulub

GADTB: İrqçi fars-molla rejimi Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyub. Bu haqda …

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …