Bazar ertəsi , May 11 2026
azfa

İran Ermənistanla təhlükəsiz əlaqə üçün Təbrizdən yeni yol çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla təhlükəsiz əlaqə üçün Təbrizdən yeni yol çəkir. Bu marşrut istismara verilərsə, İranla Ermənistan arasında ən təhlükəsiz əlaqə yolu olacaq

“Fars News” məlumat verir ki, ötən gün Təbrizə səfər edən İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri ilə görüşdə Şərqi Azərbaycan vilayətinin başçısı Abedin Xorrəm deyib: “Prezidentin qonşularla münasibətlərin inkişafına xüsusi diqqət yetirilməsi ilə bağlı göstərişindən sonra Şərqi Azərbaycan vilayəti regional diplomatiya sahəsində çox fəallaşıb və ölkəmizin qonşu dövlətlərdəki səfirləri ilə çoxsaylı görüşlərimiz, məsləhətləşmələrimiz olub”.

Valinin sözlərinə görə, həyata keçirilən səylər nəticəsində Culfa və Norduz sərhədlərində mal mübadiləsi və yük və sərnişin daşınması ötən illə müqayisədə 30 faiz artıb və bu tendensiyanın davam etdirilməsi qonşularla qarşılıqlı fəaliyyətdə prioritet istiqamətlərimizdən biridir.

Təbrizin Vərziğan bölgəsindən Ermənistanla Norduz sərhədinə qədər 80 kilometrlik yolun tikintisinə dair müqavilənin bağlandığını deyən vilayət başçısı habelə qeyd edib: “Bu marşrut istismara verildiyi təqdirdə, ölkəmizlə Ermənistan arasında ən təhlükəsiz əlaqə yolu olacaq. Bunun üçün Süngün Mis Mədəni Şirkəti 1.4 trilyon tümən vəsait ayırıb”.

Görüşdə İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri də ölkəsinin Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ilə əlaqələri inkişaf etdirmək planları barədə məlumat verib./ Azad İran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …