Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı valideynlər uşaqlarına 15 aydan sonra “Sevgi” adına şəxsiyyət vəsiqəsi ala bildilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı valideynlər uşaqlarına 15 aydan sonra “Sevgi” adına şəxsiyyət vəsiqəsi ala bildilər.

“Sevgi”nin anası Rəna Balar bu barədə özünün İsntagram səhifəsində məlumat paylaşıb.

İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi təbrizli validenlərə uşaqlarına türkcə “Sevgi” adı qoyduqlarına görə şəxsiyyət vəsiqəsi verməkdən imtina edirdi.

15 ay mübarizədən sonra axır ki, azərbaycanlı valideynlərin mübarizəsi nəticə verib və “Sevgi” adı ilə şəxsiyyət vəsiqəsi almaq mümkün olub.

Qeyd edək ki, bundan öncə isə Sevginin atası sosial şəbəkələrdə paylaşım edərək məsələni ictimailəşdirib və etirazını bildirmişdi.

İran rejimi Azərbaycan Türk millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək üçün onlara öz övladlarına türkcə ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …