İran azərbaycanlı xanım idmançını Ukraynanı dəstəklədiyi üçün milli komandadan uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi azərbaycanlı xanım idmançını Ukraynanı dəstəklədiyi üçün milli komandadan uzaqlaşdırıb.

İranın qadınlardan ibarət futzal üzrə millisinin üzvü Məhsa Kamali bir müddət öncə Ukraynanı dəstəklədiyi və müharibəyə yox dediyi üçün milli komandaya dəvət almayıb.

“Mis” komandasının yarışlarından birində köynəyinə “stop war” (müharibəni dayandırın) yazması ona xeyli problem yaradıb.

Kamalinin sadəcə olaraq, müharibənin dayandırılmasına çağırış etməsinə baxmayaraq, “Mis” klubu bəyanat yayaraq onun bu hərəkətini şəxsi qərar adlandırıb və xanım futzalçını İntizam Komitəsinə çağıraraq məsələyə baxılacağını deyib. Bir çoxları həmin vaxt Məhsanın bu hərəkətini dəstəkləsə də, hazırda görünən odur ki, bu addım ona böyük baş ağrısına çevrilib.

Bundan sonra mətbuatda belə bir şayiə də yayılıb ki, o, Ukraynanı dəstəklədiyi üçün İranın qadınlardan ibarət futzal üzrə millisinin düşərgəsinə dəvət edilməyib. Xanım Kamali “İRNA”ya açıqlamasında məhz Ukraynaya dəstəyinə görə milli komandaya dəvət almaması ilə bağlı heç bir şey deməyib, lakin media onun Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməsinin bədəlini ödədiyini yazıb.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …