Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı xanım fəal Pərisa Ciddi bəraət aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi və ictimai fəal Pərisa Ciddi bəraət alıb.

Ərdəbil əyalətindəki Apellyasiya Məhkəməsi bundan öncə Germi şəhərinin Dövlət Məhkəməsinin 1-ci şöbəsinin Pərisa Ciddi barəsində “hökumətə qarşı təbliğat” ittihamına görə çıxardığı 3 ay həbs cəzasını ləğv edib.

Qeyd edək ki, oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün İran ETTELAAT İdarəsinə getməsi istənilmişdi.

Hüquq müdafiəçisi bunun qanunsuz olduğu və məhkəmə arayışı təqdim edilmədiyi üçün ETTELAAT İdarəsinə getməkdən imtina etmişdi.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …