Cümə , Oktyabr 18 2024
azfa

Azərbaycanlı xanım fəal Səfiyə Qarabağinin məhkəmə prosesi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən noyabrın 10-da azərbaycanlı xanım fəal Səfiyə Qarabağinin məhkəmə prosesi keçirilib.

Molla rejiminin Zəngandakı İnqilab Prokurorluğunun 2-ci şöbəsində qadın hüquq müdafiəçisi və azərbaycanlı fəalı Səfiyə Qarabağinin dindirilmə prosesi keçirilib.

Molla rejimi azərbaycanlı qadın hüquq müdafiəçisinə qarşı şəxsi instaqram səhifəsində son etirazlarla bağlı materialların dərc edilməsinə görə “İran İslam Respublikasına qarşı təbliğat” ittihamı irəli sürüb.

Qeyd edək ki, azərbaycanlı fəal Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində molla rejiminin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.

Hüquq müdafiəçisi oktyabrın 8-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Azərbaycanlı fəal bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …