Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı xanım jurnalistə molla rejimin basqıları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı xanım jurnalist Fatimə Qulipur Təbrizin Qaraağac məhəlləsində əzadarlıq mərasimində baş verən münaqişəni işıqlandırandan sonra məhkəmədə barəsində cinayət işi açılıb.

Qulipur “X” hesabında bir sıra paylaşımlar edərək, dəfələrlə molla rejimin qüvvələri tərəfindən çağırılaraq dindirildiyini bildirib.

Jurnalistin sözlərinə görə, dindirilmədən sonra onun peşəkar fəaliyyətinə bir sıra qadağalar qoyulub, habelə hədələnib. Fatimə Qulipur vurğulayıb ki, ona qarşı atılan qanunsuz addımlardan sonra barəsində qaldırılan iş Təbrizdə rejimin Cinayət Məhkəməsinin 117-ci bölməsinə göndərilib. Qulipur sərt və qanunsuz rəftarları tənqid edib.

Qeyd edək ki, Fatimə Qulipur bir müddət öncə Təbrizdə hökumət qüvələrinin əzadarlıq mərasiminə hücumu xəbərini paylaşdığına görə FƏTA (Kiberməkana Nəzarət) Polisi tərəfindən çağırılıb. Daha sonra polis idarəsində repressiv qüvvələr tərəfindən döyülərək, pilləkənlərdən sürükləndiyini bildirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …