GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 12-də saat 15:00-dan 17:00-dək Təbrizin Qaimiyyə məscidində Azərbaycanın mədəniyyət xadimlərindən olan Əli Cəngcu Xalitabadinin vəfatının 40-cı günü ilə bağlı mərasim keçiriləcək.
Jurnalist, yazıçı və Azərbaycanın mədəniyyət xadimlərindən Əli Xələtabadi bu il dekabrın 7-də Təbriz şəhərində ağır xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Əli Cəngcu Xalitabadi “Eldar” jurnalına rəhbərlik edib, uzun illər “Dilmac” jurnalının redaktoru olub.