Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub

GADTB: Yüz il öncə 18-19 fevral 1921-ci ildə Borçalı və Tbilisidən olan müsəlman azərbaycanlılar bu şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılaraq Qızıl Ordunun dəfələrlə üstün qüvvələrinə qarşı Gürcüstanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıblar. Dəstə komandiri Yedigarov müsəlman azərbaycanlıların Gürcüstanın müdafiəsi işinə qeyd-şərtsiz sədaqətlərini bəyan edib.

Bunun tarixi sübutu da var. “Report.ge” xəbər verir ki, Gürcüstanın “Respublika” qəzetindəki dərc olunmuş bir xəbərdə məhz bu barədə məlumat verilib.

Xatırladaq ki, 1918-1919-cu illərin bolşevik işğalı zamanı azərbaycanlıların köməyi Gürcüstan üçün həlledici əhəmiyyətə malik idi. Bu yardım sayəsində Gürcüstan ordusu düşmənin hücumunu dəf edərək, əks hücuma keçə bildi və Tbilisinin süqutunu bir həftəlik də olsa, təxirə saldı.

Gəlin, bir anlıq həmin dövrün hadisələrini göz önündə canlandırmağa çalışaq.

Fevralın 18-də axşam saatlarında Qırmızı Ordunun qabaqcıl birləşmələri Soğanlığa çatdı. Borçalı və Tiflis azərbaycanlıları da daxil olmaqla, Gürcüstan qoşunları gecə boyu bolşeviklərin hücumlarına qarşı mübarizə apardı və sübh çağı zirehli texnikanın dəstəyi ilə əks hücuma başlayaraq ciddi uğur qazandı: 1600 nəfər əsir götürüldü və bolşeviklər geri çəkildilər. Topçular 11-ci Qızıl Ordunun geri çəkilən birliklərinə zərbələr endirirdilər. Bu, əslində Gürcüstan ordusunun ondan dəfələrlə üstün olan Qızıl Ordu üzərində ilk qələbəsi idi. Bu qələbə ən azı 1921-ci il fevralın 24-dək Gürcüstan paytaxtını uğurla müdafiə etməyə imkan verdi.

Məhz fevralın 24-də Qızıl Ordu mövcud ehtiyatlarını toplayaraq güclü artilleriya hazırlığından sonra cəbhənin bütün istiqamətlərində hücuma keçdi. Elə həmin gün Kutaisidəki Gürcü hökumətinin təxliyyəsi başladı.

Fevralın 25-də Tbilisidəki vəziyyət artıq kritik həddə çatdı. Qızıl Ordu say etibarilə şəhərin müdafiəçilərini bir neçə dəfə üstələyirdi. Bu şərtlər altında Gürcüstan komandanlığı ordunu qorumaq, mülki əhali arasında itkilərin qarşısını almaq məqsədilə Tbilisidən çıxmaq barədə qərar verdi. Beləliklə də, şəhər uğrunda azərbaycanlı və gürcülərin çiyin-çiyinə qəhrəmancasına vuruşduqları bir həftəlik müdafiə döyüşləri başa çatdı.

Tbilisinin süqutundan sonra Qızıl Ordu martın 4-də Suxuminin bir hissəsini və martın 9-da isə Zuqdidini işğal etdi. Martın 10-da bolşeviklər Kutaisiyə daxil oldular və Gürcüstan ordusu şəhəri tərk etməli oldu. Bir neçə gün sonra Poti də işğalçıların əlinə keçdi. Beləliklə də, martın 17-də atəşkəs, 18-də isə təslim olma haqqında müqavilə imzalandı və son olaraq Batumi də Qırmızı Orduya təslim edildi.

Bununla da, Gürcüstan ordusunun Sovet Rusiyasının dəfələrlə üstün qüvvələrinə bir aydan çox müddət ərzində göstərdiyi müqavimət məğlubiyyətlə başa çatdı. Gürcüstan da Azərbaycan kimi Sovetlər tərəfindən işğal olundu.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …