Bazar ertəsi , Noyabr 16 2026
azfa

Azərbaycanlılara Gürcüstanda svanların hücumu təxribatdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Dmanisidə Svanetidən olan eko-miqrantlar – svanların yerli azərbaycanlılara hücumu haqda danışarkən deyib ki, baş verən bu hadisəni məişət xarakterli hal kimi qiymətləndirirlər. Amma əldə olunan informasiyalara görə, bu, təxribat xarakterlidir.

O qeyd edib ki, bu prosesin içində polisin iştirakının olduğunu düşünənlər də var:

 “Bütün halda kütləvi şəkildə bir xuliqan dəstə azərbaycanlıların əmlakına, sağlığına ziyan yetirən hərəkət törədir. Baş verən hadisə cinayətdir. Qəti şəkildə pislənilməlidir və obyektiv şəkildə araşdırılmalıdır. Araşdırılma işində QHT-lərin, millət vəkillərinin, media mənsublarının iştirakı arzuolunandır. Çünki zaman-zaman etnik kimliyimiz təhqir olunur. Bunların özü soydaşlarımızı yaşadığı həmin yerdə ehtiyyatlı olmağa vadar edir. Gürcüstan rəhbərinin bu hadisəyə birbaşa müdaxilə etməsi lazımdır”.

Qeyd edək ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi isə Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …