Çərşənbə , Yanvar 1 2025
azfa

Azərbaycanlıların ekoloji cinayətə son! aksiyası 119 gündür davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 119 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər.

Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …