Şənbə , Oktyabr 17 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə keçirilən tədbirə qatılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və Qadın Hüquqları Departamentinin sədri sayın Sara xanım Azərsun Sidneydə müsəlman təşkilatların keçirdiyi və dövlət nümayəndələrinin qatıldığı tədbirdə rəsmi dəvətlə işritak ediblər.

Əsasən iftar mərasimi hesab edilən həmin tədbirə həmçinin Türkiyənin Sidneydəki baş konsulu, Yeni Güney Uelz vilayəti dövlətinin Multikultural naziri, Avstraliyadakı türk təşkilatlar və s. rəsmilər də qatılmışlar.

Tədbirdə qərara alındı ki, gələn ildən minlərlə insanın qatıldığı küçə festivalı şəklində böyük iftar mərasimi keçirilsin.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …