Bazar , Dekabr 22 2024
azfa

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılır

GADTB-nin Mətbuat Mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq. Bu, Quzey Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC 2018-2022-ci illərdə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması,  inkişaf etdirilməsi və xarici bazarlarda təşviqini təmin etməlidir. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-yə 2018-2019-cu illərdə Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması da tapşırılıb.

Qeyd edək ki, türk sənəti olan xalçaçılıq sənəti Azərbaycanda, xüsusilə Təbrizdə misli görünməmiş səviyyədə inkişafa malik sənət növüdür.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın