Bazar ertəsi , İyun 1 2026
azfa

Qazaxıstanda dövlət iclaslarında ancaq qazax türkcəsi istifadə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanda dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə sabahdan etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunur.

İclaslar yalnız qazax türkcəsində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.

Prezident Nursultan Nazarbayev Qazaxıstanda latın qrafikasının tam tətbizi məsələsinə toxunub. O eyni zamanda qazax türkəsi dövlət dili olaraq statusunun artırılmasına yönəlmiş tədbirlərin görülməsini də vacib sayıb. “Latın əlifbasının tətbiqi xalqımız üçün tarixi əhəmiyyətlidir. Eyni zamanda, qazax türkcəsinin bütün səviyyələrdə gücləndirilməsi də vacibdir. Hesab edirəm hökumət və parlament müstəvilərində ancaq dövlət dilində danışılmalı və sənədlər də bu dildə tərtib olunmalıdır”, – Qazaxıstan prezidenti bildirib.

Görüşün sonunda prezident bir sıra xüsusi tapşırıqlar verib.

Qeyd edək ki, 2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70, ruslar isə 20 faizini təşkil edir.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

Bir cavab yazın