
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azərbaycanlı mədəni fəal Vəhid Əbhəri molla rejimi tərəfindən ETTELAAT idarəsinə çaırılıb.
Molla rejimin ETTELAAT idarəsinin əməkdaşı yanvarın 25-də Vəhid Əbhəriyə zəng edərək onun qeyd olunan idarəyə getməsini tələb edib.
Çağırışın səbəbi barədə mədəni fəala açıqlama verilməyib.
Qeyd edək ki, 2024-cü il noyabrın 23-də həbs edilərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinn yerli istintaq təcridxanasına aparılan Vəhid Əbhəri, noyabrn 28-də Təbriz həbsxanasına köçürülüb və dekabrın 3-də 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
O, bundan əvvəl də, mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.