Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycana Fransanın antiazərbaycan iddialarını qətiyyətlə rədd edib və pisləyir

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab verib.

Bu barədə Azərbaycan xarici siyasət idarəsinin sözçüsü sosial şəbəkədə bildirib.

“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir. Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır”, – o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir:

“Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini zəiflədir.

Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir.

Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.

Fransa xarici işlər nazirinin antiazərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …