Çərşənbə , Avqust 19 2026
azfa

Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir

GADTB: Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir.

O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.

“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, – H.Fidan əlavə edib.

O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir: “Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”.

Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin davamlı olmasını arzu edirik”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri İraqda səfərdədir.

Həmçinin yoxlayın

Babülməndəb boğazı sahilində ərazinin husilər tərəfindən ələ keçirilməsi planı ilə bağlı xəbərdarlıq

QADTB: Fransa Xəbər Agentliyi çərşənbə günü Yəmənin rəsmi hökumətindəki bir nazirə istinadən xəbər verib ki, …

Türk adı səbəbilə azərbaycanlı körpə Eylinə iki aydır doğum haqqında şəhadətnamə verilmir

GADTB: Şəbüstər bölgəsinin Şərəfxana şəhərindən olan azərbaycanlı körpə Eylinin valideynləri qızlarının iki aylığını qeyd etdikləri …