Azrbaycana qarşı təhqirə etirazlardan sonra Təbriz prokuroru cinayətkarların yaxalanmasını tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farsların Azərbaycanı və Azərbaycan türklərini təhqir etməsinə etirazlardan sonra Təbriz prokuroru Babək Əlilu cinayətkarların yaxalanmasını tələb etdi.

O Tehran prokuroruna məktub göndərərək Azərbaycan türklərini təhqir edən şəxslərin mühakimə edilməsi üçün onların saxlanması və Təbrizə göndərilməsini istəyib.

Bu barədə Polis Qüvvələrinin sözçüsü Əhməd Nurian təhqir edən şəxslərin kimliyinin müəyyən edildiyini və həmin şəxslərin yaxın zamanda yaxalanacağına söz verib.

Qeyd edək ki, yanvarın 26-da Tehranın Azadi stadionunda Tehranın Perspolis və Güney Azərbaycanın Traxtur komandaları arasında yarış keçirilib. Həmin yarış zamanı irqçi farslar Azərbaycana və Azərbaycan türklərinə qarşı söyüş və təhqiramiz şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın