Çərşənbə , Oktyabr 21 2026
azfa

İran qatil yerinə qətlə yetiriləni cəzalandırdı: rejim zülmə məruz qalan Traxturu cərimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim irqçiliyi o səviyyəyə çatdırıb ki, məsələn qətl cinayətində, qətlə yetirilən Azərbaycan türküdürsə onu qatil yerinə cəzalandıracağını sübut etdi. Bəşəriyyət tarixində misli görünməmiş bu hala İran Futbol Federasiyasının İnzibatı Komitəsinin rəyində artıq rast gəlmək mümkün oldu.

İrqçi fars rejimin Futbol Federasiyasının İnzibatı Komitəsi zülm, ayrıseçkilik və təhqirə məruz qalan Azərbaycanın Traxtur komandasını şərləyərək, həmin komandanın tərəfdarlarının absurd şuarlar səsləndirdiyini bildirib və komandanı cərimə etdi.

Halbuki, Perspolis komandasının irqçi farslarının Azərbaycan türkləri və Traxtur tərəfdarlarına qarşı söyüşləri, irqçi və təhqiramiz şüarlarınln videosu hətta rejimin dövlət televiziyasından da yayımlanıb və sosial şəbəklərdə də həmin videolar dolaşmaqdadır. Eyni zamanda Azərbaycan türklərinə qarşı Perspolisin fars tərəfdarlarının təhqirləri Güney Azərbaycanda ciddi etirazlara səbəb olub. Traxtur tərfdarları isə stadionda heç bir arzuolunmaz şüar səsləndirməmiş və yalnız Elazığ zəlzələsilə bağlı Türkiyəyə başsağlığı vermişlər. Görünür İranın irqçi rejimi insanı davranış olan başsağlığına dözə bilmir və  konkret olaraq Azərbaycan türklərinə qarşı törədilən irqi təhqir cinayətində cinayətə və zülmə məruz qalanı cinayətkar yerinə cəzalandırdı.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın