Bəşəriyyəti fəlakətə salan Çin kommunist rejimi Beynəlxalq Məhkəməyə verilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, diktaturaya xas olan yalan məlumatlar və ümumbəşəri cinayət tərkibli siyasəti ilə bütün bəşəriyyəti fəlakətə düçar edən Çin kommunist rejimi Beynəlxalq Məhkəməyə verilmək üzrədir.

Artıq ABŞ-ın Florida ştatında 5 min nəfərdən çox insan Çin kommunist rejiminə qarşı hüquqi iddia qaldırma prosesinə qoşulub. Prosesə qatılanlar Çindən tələb edirlər ki, Çinin koronavirusundan dəyən zərər və ziyan kompensasiya edilməli və təzminat ödənilməlidir.

Onlar bildirirlər ki, Çin kommunist rejimi virusun yayılmasını gizlədib, onun Çindən dünyaya yayılmasının qarşısının almayıb və yalan məlumatlar verməklə böyük xəsarət və tələfata səbəb olub.

Hazırda eyni zamanda ABŞ Nevada və Texas ştatlarında da oxşar iddia qaldırılmaqdadır.

Həmçinin Amerika Birləşmiş Ştatlarının senatoru Lindsi Qrem “Fox News”ə müsahibəsində bildirib ki, “Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyyətsiz davranışıdır”.

Onun sözlərinə görə, bu, Çindən yayılan 3-cü xəstəlikdir: “ABŞ Çini davranışını dəyişməyə məcbur etməlidir. Koronavirusa görə amerikalıların ölümünə, işsizliyə görə Çin məsuliyyət daşıyır. Borclarımın bir hissəsini Çinin hesabına yazılmasını istəyirəm. Onlar bizə ödəməlidir, biz onlara deyil”.

Senator hesab edir ki, gələcəkdə belə hadislərin baş verməməsi üçün Çini elə sərt cəzalandırmaq lazımdır.

Qeyd edək ki, Con Hopkins Universiteti ABŞ-da koronavirusa 500 mində çox insanın yoluxduğu, 20 mindən çox insanın isə bu virusdan öldüyü barədə məlumat yayıb.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Bir cavab yazın