Çərşənbə , Mart 26 2025
azfa

Babək qalası qurultayına mane olmaq üçün irqçi fars rejimi onlarla azərbaycanlı fəalı yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək qalası qurultayı ərəfəsində qurultayın keçirilməsinə mane olmaq üçün irqçi fars rejimi Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla azərbaycanlı fəalı yaxaladı.

2 gün öncə Təbrizdə azərbaycanlı fəal Rəhim Sasani evdən çıxarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandı.

Tehranda azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandı.

Ərdəbil şəhərində Cəfər Rüstəmi öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Azərbaycanlı milli-mədəni fəal Mehdi Huşmənd yaxalanıb, onun harada saxlandığı məlum deyil.

Müctaba Əbdüli Bostanabadın irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Ərdəbildə təhlükəsizlik qüvvələri Murtaza Pərvinin evinə hücum çəkərək orada səs-küy salıblar. Bundan sonra  yaxındakı insanlar evin ətrafına toplaşıb. M.Pərvin saxlanılmayıb.

Ərdəbildə tanınmış fəal Rəhim Qulami də saxlanılaraq naməlum istiqamətə aparılıb.

Əhərdə Murtaza Məhəmmədi öz iş yerində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Urmiyada Əşkan Səadətmehr və Ulduz Qasimi, Əhərdə Əhərdə Məcid Nağızadə və digərləri irqçi fars rejimin təhlükəsizlik qüvvələri hədələnərək, iyulun 11-dək Urmiyə şəhərindən kənara çıxmamalıdır, əks halda uzun müddətli həbs cəzası ilə qarşılaşacaqları söylənilib.

Bunlarla yanaşı  Abbas Lisani, Əli Vasiqi, Səid Sadiqifər və Əsgər Əkbərzadə və digərləri də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Ərdoğan Zəngəzur dəhlizi daxil olmaqla bölgədə ticarət dəhlizləri yaratmağa təkid edib

GADTB: Bəsrə körfəzində Əl-Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Yaxın Şərq, Avropa arasında inkişaf …

ABŞ İranda yeni etiraz aksiyalarının başlaya biləcəyini bildirir

GADTB: ABŞ İranda yeni etiraz aksiyalarının başlaya biləcəyini bildirir. ABŞ kəşfiyyatı qlobal təhdidlərə dair illik …

Bir cavab yazın