Şənbə , Aprel 20 2024
azfa

Babək Qalası Qurultaylarının II Dönəmi ilə bağlı Güney Azərbaycan Siyasi Quruluşlarının ortaq bəyanatı

GADTB: Azərbaycan Türk Milləti tarixdə heç vaxt işğal, sömürgə və əsarətdə yaşamağa boyun əyməyibdir. Azərbaycan Türk Milləti tarixdə hər zaman azad və bağımsız yaşayıbdır; azadlığını itirdiyi zaman isə mütləq azadlığına qovuşmaq üçün amansız mübarizə aparıbdır.

Azərbaycan Türk Millətinin işğal və sömürgəyə qarşı mücadilə verməsinin bəlkə də ən böyük simgə və siması Babəkdir. Böyük sərkərdə Babək Azərbaycanın yıxılmazlıq, yenilməzlik və vətən üçün ölümünə mübarizənin ən böyük abidəsidir. Ulu Babək 23 il ardıcıl qəhrəmanlıq və sarsılmaz iradə ilə vətənimiz Azərbaycanın bağımsızlığı uğrunda işğalçılara qarşı döyüşüb, millətimizin yad tapdağı altına düşməməsi üçün savaşıb və hər şeydən qiymətli olan canını da bu yolda qurban vermişdir. 

Məhz ona görə də bu gün belə ulu Babək Güney Azərbaycanda milli özgürlük mücadiləsinin bir rəmzi və timsalı halına gəlmişdir. Onun bu davranışı özündən sonraki quşaqlar üçün xususilə bizim bugünkü gənc nəslimiz üçün bir örnək və yol göstəricidir. Millətimiz işğal və sömürgəyə qarşı mübarizəsində Babək adını və simasını özünə simgə və bayraq etmişdir. İllər öncə Babək Qalasına toplanıb milli qurultay quran yüz minlərlə Azərbaycan Türkü Babək adıyla faşizm, şovenizm, irqçilik, istibdad, sömürgə və işğala qarşı üsyan səsini qaldırmışdır.

Babək Qalası qurultayları Güney Azərbaycanda milli mücadilənin bir dönüm nöqtəsi olmuşdur. Babək Qalası qurultayları ilə milli mücadiləmiz kütləviləşmiş və toplumun ən dərin qatlarına enmişdir. İrqçi və geriçi İran dövləti millətimizin üsyan səsindən qorxuya düşüb Babək Qalası qurultaylarını əsgəri güclə basdırsa da artıq ox yaydan çıxmış və millətimizin tarixinə altın bir səhifə daha yazmışdır. Babək Qalası Qurultayları bir milli zəfər kimi Azərbaycan Türk Millətinin tarixinə həkk olmuşdur.

Babək Qalası Qurultayları yasaqlansa da, bu qurultaylarla kütləviləşən Azərbaycan Milli Hərəkəti şəhər mərkəzlərimizə daşınmış daha güclü və daha yayğın bir mücadiləyə çevrilmişdir.

Şübhəsiz ki ulu Babək və Babək Qalası Qurultaylarının ruhu Güney Azərbaycanda yaşayır və bugünkü mübarizə iradəmizi bəsləyir. Bu mücadilə ruhunun Güney Azərbaycanın qurtuluşu və özgürlüyünün tam anlamı ilə əldə edilməsinə qədər çağlayan bir vulkan kimi qaynayıb daşacağına kimsənin şübhəsi olmamalıdır.

Bu vəsilə ilə Ulu Babəkin doğum günü və Bəbək Qalası Qurultaylarının il dönümünü Azərbaycan Türk Millətinə təbrik deyib tam qurtuluş və özgürlüyümüzü əldə edənə qədər mübarizəmizi davam edəcəyimizə andımızı yeniləyirik.

Güney Azərbaycan İstiqlaçılar Birliyi        Azərbaycan siyasi Quruluşlarının Əməkdaşlıq Platformu

  • GADTB                                                          – AZOH
  • GAİP                                             – Dirəniş
  • Milli Yol                                          – GADP
  • VMAC

29.06.2019

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın