Cümə axşamı , May 2 2024
azfa

Babək Xürrəmi ilə bağlı bəzi gizli məqamlar

GADTB: 1 iyul 798-ci ildə Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş qəhrəman sərkərdə Babəkin dünyaya gəlməsinə həsr olunur.

BƏZİ QARANLIQ MƏQAMLARA AYDINLIQ GƏTİRƏK!

Əl-Bağdadi xürrəmilik haqqında yazanda qeyd edir ki, onların Bəzz qalasında məscidləri var idi. Azan verilirdi. Xürrəmilər də namaza gedirdi, Quran oxuyurdu, ancaq “Qurani-Kərim” i xürrəmcəsinə izah edirdilər. Bu isə onu göstərir ki, Babək hərəkatının ideologiyası mənbəyini sosial ədalət, sosial bərabərlik prinsipi təşkil edirdi, hərəkat bu prinsipi mənəvi cəhətdən Azərbaycanda yaranmış başqa ideologiyalara ötürə bildi. Babək hərəkatı yatırılandan sonra belə bir fikir yarandı ki, şiəlikdəki batinilər, sufilər mənbəyini xürrəmilikdən götürüblər. İdeologiya ilə belə ardıcıllaşdı: xürrəmilik, sufilik, hürufilik və qızılbaşlıq.

Babək İslama deyil, türkləri əksik tutan ərəb millətçiliyinə qarşı çıxıb

Azərbaycan əhalisinin vergiyə görə islamı qəbul etməsi fikri kökündən yanlışdır. Çünki İslam dinində sosial ədalət prinsipi elə qurulmuşdu ki, heç kəs üsyan qaldıra bilməzdi. Söhbət Xəlifeyi-Raşidun dönəmindən gedir. İslamda hümmətçilik prinsipi var idi, millətçilik prinsipi isə yox idi. Yəni, müsəlman ərəblə müsəlman türk arasında fərq qoyulmurdu. Yanlışlıqlar Əməvilər dövründə meydana gəldi. Bu dövrdə İslamı qəbul etmiş, lakin ərəb olmayana mövla, yəni qul deməyə başladılar. Bu isə Əbu Müslüm üsyanına gətirib çıxardı. Nəticədə Əməvilər devrildi və Abbasilər dönəmində “milli” məsələyə yumşaq yanaşdılar. Yəni ərəb, fars və türk müsəlman arasında elə də fərq qoyulmurdu. Lakin Harun ər-Rəşiddən başlayaraq, bu məsələdə əyintilik görünür.

 Babək hərəkatı məhz İslam dinində ərəb millətinə üstünlük verildiyinə görə qalxmış üsyanlardan biri idi. Ərəblər də bizim ərazimizə köçürülürdü. Nəticədə yerli əhali nəinki, torpaqdan məhrum olurdu, üstəlik, ərəblərdən asılı vəziyyətə düşürdü. Yəni, bir tərəfdən ərəbin türkdən üstün tutulmasına görə qarşıdurma yaranırdı, digər tərəfdən isə eyni hüquqlara malik olmaq baxımından toqquşmalar yaranırdı. Bunları nəzərə alaraq, Babəkin İslam dininə qarşı döyüşdüyünü demək yanlışdır.

Səhl ibn Sumbat vaqiəsi: “Məni yəhudilərə çox ucuz qiymətə satdın”

837-ci ilin sentyabrında Bəzz qalasının mühasirəsi zamanı Babək xilas olur və Arana qaçır. Ərəb ordusu Bəzz qalasına daxil olmaq üçün orijinal üsul seçmişdi, qalanın daşlarını sökmüşdü. Babəkin Arana getməsinin səbəbkarı həyat yoldaşı Sünük, yəni Zəngəzur knyazı Vasakın qızı İbnət idi. O məsləhət gördü ki, Bizans sərhədinə yaxın olan yerə getsinlər ki, sonradan Bizansa keçə bilsinlər. Babək indiki Zəngəzur ərazisindəki Şəki yaşayış məntəqəsinə getdi. Əvvəllər müttəfiqi olmuş Səhl ibn Sumbatın evinə düşür. Səhl ibn Sumbat isə 1 milyon dirhəmə Babəki ərəblərə satır. Babək ov edərkən mühasirəyə alınır, üzünü Səhl ibn Sumbata tutaraq qəribə bir söz işlədir. Bu söz Təbəri “Tarix-ür-rüsüli vəl-müluk” əsərində qeyd olunub: “Sən məni yəhudilərə çox ucuz satdın”. Burada bir məqam var, əgər Babək islama qarşı döyüşmüş olsaydı, müsəlmanlara qarşı deyərdi.

Tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Kərəm Məmmədli

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …