Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Basent: “İran rejiminə qarşı son mərhələyə daxil olmuşuq”; tarixdə düşmənə qarşı ən böyük maliyyə hücumu başlayır

GADTB: ABŞ-ın maliyyə naziri Skott Basent Donald Tramp administrasiyasının İran İslam Respublikasına qarşı kampaniyasının “son mərhələyə” daxil olduğunu açıqlayaraq, “indiyədək bir düşmənə qarşı səfərbər edilmiş ən böyük maliyyə hücumu” adlandırdığı əməliyyatın sübh çağı başlayacağını bildirib.

Basent bildirib ki, bu əməliyyatın məqsədi İranda hakim olan rejimin “bütün iqtisadi damarlarını” kəsmək və Tehranı tamamilə təcrid etməkdir. Onun sözlərinə görə, əməliyyat İran İslam Respublikasının hərbi imkanlarının darmadağın edilməsindən və hərbi zavodlarının demək olar ki, hamısının məhv edilməsindən sonra başlayır.

ABŞ-ın maliyyə naziri Skott Basent deyib: “Tramp İranın hərbi imkanlarını darmadağın edib, hərbi zavodlarının təxminən 100 faizini məhv edib və onun nüvə proqramını torpağa basdırıb.

İndi son mərhələyə daxil oluruq. Sübh çağı iqtisadi “D-Day” başlayır — indiyədək bir düşmənə qarşı səfərbər edilmiş ən böyük maliyyə hücumu.

İran İslam Respublikası indiyədək hədə-qorxunu təhlükəsizlik təminatı kimi təqdim etməklə öz mövcudluğunu davam etdirib. Bu rejim gücünü belə bir hesablamadan alıb ki, İranın cavab zərbəsi qaçılmaz, ABŞ-ın tədbirlərinin həyata keçirilməsi isə danışıqlar predmeti hesab olunurdu. Prezident Trampın dövründə bu mərhələ başa çatıb. Tehrana qarşı çıxmaqdan yaranacaq təhlükədən qorxanlar Vaşinqtonu sınağa çəkməyin baha başa gələcəyini kiçik hesab etməməlidirlər.

Prezident elə şərait yaradıb ki, bütün qurumlardan, bütün səlahiyyətlərdən və bir çoxlarının bizim heç vaxt istifadə etməyəcəyimizi düşündüyü tədbirlərdən istifadə edə bilək. Məqsədimiz bu avtoritar rejimi ayaqda saxlayan bütün iqtisadi damarları bir-bir kəsməkdir; ta ki Tehran tamamilə təcrid olunana qədər.”

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …