Cümə axşamı , Noyabr 12 2026
azfa

Urmiyada azərbaycanlı xanın Sara Hüseynzadənin taleyindən xəbər yoxdur

GADTB: Ailəsinin bir neçə həftədir davam edən narahatlığı və ondan xəbər ala bilməməsindən sonra məlum olub ki, Urmiyada yaşayan 34 yaşlı Sara (Zəhra) Hüseynzadə əvvəlcə şəhər Kəşfiyyat İdarəsində saxlanılıb, daha sonra isə Urmiya Mərkəzi Həbsxanasına köçürülüb.

Mənbələrin bildirdiyinə görə, ailəsi bu müddət ərzində onun vəziyyəti və harada saxlanılması barədə dəqiq məlumat əldə edə bilməyib. Ailənin məsələ ilə bağlı apardığı araşdırmalar və etdiyi müraciətlər də aydın və konkret cavabla nəticələnməyib.

Onun işi ilə bağlı rəsmi məlumat açıqlanmamışdan əvvəl hökumət qurumlarına bağlı bəzi sosial media səhifələri Sara Hüseynzadə əleyhinə müxtəlif materiallar yayımlayıb və bu vətəndaşa qarşı bir sıra ittihamlar irəli sürüb.

Ailəyə yaxın mənbələrin sözlərinə görə, Sara Hüseynzadənin işi hazırda Urmiya Ümumi və İnqilab Prokurorluğunun 6-cı istintaq şöbəsində araşdırılır.

Xəbər hazırlanarkən rəsmi qurumlar onun barəsində irəli sürülən ittihamların detalları, məhkəmə araşdırmasının gedişi və Sara Hüseynzadənin vəkillə təmin olunmaq imkanının olub-olmaması barədə hər hansı açıqlama verməyib.

Həmçinin yoxlayın

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti …

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …