Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Baxımsızlıq üzündən Təbrizdə tarixi buzxana dağılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qəsdən baxımsız vəziyyətdə saxladığı üçün Təbrizin tarixi buzxana dağılıb.

Təbrizin Milləlmüttəhid küçəsində yerlləşən  və Səfəvi dövrünə aid olan həmin tarixi tikili baxımsızlıq üzündən dağılıb.

Qeyd edək ki, bundan öncə isə Qacarlar dönəmində tikilən Beylankı buzxanası tarixi əsərlər siyahısına salınsa da, məqsədli şəkildə baxımsız vəziyyətdə saxlanılıb, məhv edilmə təhlükəsilə qarşılaşdığı bildirilirdi. Tarixi abidənin zibilliyə çevrildiyi bildirilirdi.

Təbrizin Abbasi məhəlləsində yerləşən həmin tarixi  abidə şəhərin qədim məhəlləsi Bağmeşənin keçmiş Kələntəri kompleksinin tərkibində olub və 2006-cı ildə, 18687 qeydiyyat nömrəsi ilə ölkənin tarixi abidələr siyahısına salınıb.

Beylankı Təbriz şəhərinin ən qədim və tarixi məhəllələrindən sayılır. Elxanlılar dönəmində Qazan xan və Rəşidəddin Həmədani tərəfində tikilən Rübi Rəşidi Universiteti məhəllənin əhəmiyyətini daha da artırmışdır.

İran rejimi Azərbaycanın tarixi abidələrinə belə münasibətlər bəsləməklə əslin həmin abidələrin tədrici məhvinə şərait yaradır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …