Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Berlində Çinə qarşı böyük yürüş: Uyğurların soyqırımını dayandırın

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın paytaxtı Berlində Çinin Şərqi Türküstandakı Uyğurlara qarşı siyasətinə etiraz edildi. “Biz Uyğuruq” və “Sərbəst buraxın” deyə qışqıran nümayişçilər “Uyğurlara qarşı soyqırımı dayandırın” yazılı lövhələr daşıyırdılar.

Etirazçılar, Çinin Berlin səfirliyi qarşısında Todenhöfer Partiyası Komandası qrupu tərəfindən təşkil edilən icazəsiz nümayiş zamanı Uyğur türklərini təmsil edən maskalar taxdılar.

Əllərini də qandallayan nümayişçilər, Pekində keçiriləcək 2022 Qış Olimpiya Oyunlarının boykot edilməsini tələb etdilər və “No Rights, No Games” (Hüquq yoxdursa, oyun da yoxdur) yazılmış bir pankart açdılar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …