Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycanda “Azərbaycanımız” və Türk dili və kimlik böhranı” kitabları paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar tərəfindən hazırlanan “Azərbaycanımız” kitabçası Güney Azərbaycanın müxtəlif şəhərlərində əhaliyə paylanılıb.

Həmçinin Güney Azərbaycanın Zəncan şəhərində azərbaycanlı milli-mədəni fəallar tərəfindən yüzlərlə tanınmış azərbaycanlı fəal və yazıçı Həsən Raşidinin “Türk dili və kimlik böhranı” kitabı paylanılıb.

“Türk dili və kimlik böhranı” kitabında İran adlanan ölkə və Güney Azərbaycanda türk dili və onun keçmişdə və bugünkü mövqeyi, pəhləvilərin 53 illik hakimiyyəti dövründə  türklərə qarşı repressiyalar, milyonlarla türkün ana dilində təhsil almaq hüququndan məhrum edilməsi, İranda türklərin sistemli şəkildə təhqirlərə məruz qalması və s. mövzulardan bəhs olunub.

 

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın