Şənbə , Oktyabr 31 2026
azfa

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu: Koləng Qəzla kompleksi bir neçə mərtəbədən ibarət ola bilər

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu (ISIS) hesabatında bildirib ki, Nətənz uranın zənginləşdirilməsi obyektinin yaxınlığında yerləşən “Koləng Qəzla” tunel kompleksi tunellərin girişləri arasındakı hündürlük fərqinə görə bir neçə mərtəbədən ibarət ola bilər.

İnstitut cümə günü yaydığı hesabatda qeyd edib ki, Koləng dağı tunel kompleksinin iki cüt girişi var və onların, ehtimal ki, vahid obyektə aparması mümkündür. Bununla belə, bu məsələ hələ dəqiq təsdiqlənməyib.

Ərazinin relyefinə dair məlumatların təhlilinə əsasən, kompleksin şərq girişləri qərb girişlərindən təxminən 50 metr aşağıda yerləşir.

Hesabatda deyilir: “Hündürlük fərqi obyektin bir neçə mərtəbədən ibarət olması və ya qərb tunelinin dağın suayrıcı silsiləsinin altında digər tunellə birləşənədək aşağı istiqamətdə maili şəkildə davam etməsi ehtimalını yaradır”.

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu həmçinin dağın şimal yamacında qərb girişləri ilə eyni hündürlükdə yerləşən ehtimal olunan havalandırma şaxtasının aşkar edildiyini bildirib.

İnstitutun məlumatına görə, bu şaxta tunellərdən birinin, hər ikisinin və ya bir-biri ilə əlaqəli tunel kompleksinin havalandırılması üçün istifadə oluna bilər.

Hesabatda, həmçinin ehtimal edilir ki, sözügedən qurğu havalandırma funksiyasından əlavə, obyektin əməkdaşları da daxil olmaqla insanların kompleksə daxil olması və oradan çıxması üçün alternativ keçid kimi də istifadə edilə bilər.

Həmçinin yoxlayın

Deni Danondan molla rejiminə: “Ayaqlarınızın altındakı torpaq qaynayır; İranda xalq tezliklə öz taleyini müəyyən edəcək”- Video

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Deni Danon cümə günü, 30 oktyabr 2026-cı ildə İran …

SENTCOM: Hörmüz boğazında gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib

GADTB: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper deyib ki, “Hörmüz boğazında beynəlxalq gəmiçiliyin əsas …